"Qəbələ" "Panatinaikos"la oyunun hazırlıqlarına başladı

"Qəbələ" "Panatinaikos"la oyunun hazırlıqlarına başladı
GÜNDƏM 22 İyul 2017 / 11:20 2584
-  A +

Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” Afinada keçiriləcək ilk matçın hazırlığına başlayıb.

Qol.az-ın klubun saytına II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubuna səfərdə 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” məşqlərinə Varşavada start verib. İyulun 21-də Belostokdan paytaxta yollanan komanda hazırlığını Varşavada gerçəkləşdirib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. “Qəbələ” bu gün olacaq növbəti məşqini də Varşavada gerçəkləşdirəcək.

Komanda sabah Yunanıstana yollanacaq. “Qırmızı-qaralar” iyulun 27-də keçiriləcək oyunun hazırlıqlarını Afinada davam etdirəcək.

Qeyd edək ki, Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord