"Qarabağ"la oyuna köklənməliyik" - "Şerif"in qapıçısı

"Qarabağ"la oyuna köklənməliyik"  - "Şerif"in qapıçısı
ÖLKƏ FUTBOLU 22 İyul 2017 / 11:07 4946
-  A +

"Kukesi" ilə matç açır keçdi. Rəqib görüşün birinci hissəsində yaxşı oynadı və 2 qol vurdu. Fasilədən sonra bilirdik ki, növbəti mərhələyə keçmək üçün mütləq qol vurmaq lazımdır. İstədiyimiz nəticəni əldə etdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Şerif"in qapıçısı Zvonimir Mikuliç Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Kukesi" ilə cavab oyunu barədə fikirlərini klubun saytına bildirərkən deyib.

"Kukesi"ni mübarizədən kənarlaşdıraraq "Qarabağ"a rəqib olan Moldova təmsilçisinin 27 yaşlı qolkiperi bildirib ki, artıq Ağdam klubu ilə oyunu düşünməlidirlər: "Ölkə çempionatında oyundan sonra Çempionlar Liqasında matçımız olacaq. Bu, normal qrafikdir. Biz bütün karyeramız ərzində belə oynayırıq. Bilirik ki, keçmiş görüşü unutmalıyıq və "Qarabağ"la oyuna köklənməliyik".

Qeyd edək ki, "Qarabağ"la "Şerif" arasında ilk oyun iyulun 25-i Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Moldovada keçiriləcək.

Daha çox


Son xəbərlər