“Yuventus” imtina etdi, “İnter”ə keçir

“Yuventus” imtina etdi, “İnter”ə keçir
XƏBƏR 22 İyul 2017 / 01:33 4456
-  A +

“Sampdoriya”nın hücumçusu Patrik Şik karyerasını “İnter”də davam etdirə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Milan klubunun rəsmiləri hazırda 21 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqlar aparırlar.

Daha əvvəl “Yuventus”un maraq dairəsində olan, lakin sonda bu kluba keçidi baş tutmayan Şik üçün “İnter” 2 il ərzində 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, çexiyalı hücumçu “Yuventus”la anlaşsa da, tibbi müayinə zamanı onun sağlamlığında problem aşkarlandığı və bu səbəbdən də transferin reallaşmadığı bildirilirdi.

Son xəbərlər