İtaliyanın ən bahalı müdafiəçisi oldu

İtaliyanın ən bahalı müdafiəçisi oldu
XƏBƏR 22 İyul 2017 / 01:14 4216
-  A +

Milan”a transfer olunan Leonardo Bonuççi və “Fiorentina”nı “Yuventus”a dəyişən Federiko Bernardeski İtaliyanın ən bahalı futbolçularının siyahısına düşüblər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu yay klublarını 40 milyon avro qarşılığında dəyişən adıçəkilən futbolçular ölkənin ən bahalı oyunçuları sırasında üçüncü yeri bölüşdürürlər.

Bonuççi eyni zamanda ən bahalı italyan müdafiəçi adına da sahib çıxıb.

İtaliyanın ən bahalı futbolçularının siyahısına “Parma”dan “Yuventus”a 16 il əvvəl 52 milyon avroya transfer olunan Canluici Buffon başçılıq edir.

Sıralamada ikinci yeri isə Kristian Vyeri tutur. 1999-cu ildə təcrübəli forvard “Latsio”dan “İnter”ə 46 milyon avroya transfer olunub.

Siyahıda beşinci pillədə “Milan”ın daha bir transferi Filippo İnzagi (37 milyon avro) qərarlaşıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı