"Bizi asan olmayan iki oyun gözləyir" - Qurban Qurbanov

"Bizi asan olmayan iki oyun gözləyir" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 21 İyul 2017 / 17:44 6712
-  A +

“Şerif” uzun müddətli Avropa təcrübəsinə malik bir komandadır. Rəqibimiz demək olar ki,  hər mövsüm avrokuboklarda mübarizə aparır”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

O, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqiblərinə ciddi yanaşdıqlarını və onları çətin oyunlar gözlədiyini bildirib: “Komandanın heyətində çoxlu legionerlər yer alır və heyəti yeniləyiblər. Bu da onu göstərir ki,  “Şerif” bu mövsümə olduqca ciddi hazırlaşır.  Komandaya italiyalı baş məşqçi rəhbərlik edir və adətən belə komandalar yüksək nizam-intizama malik olurlar. Bizi heç də asan olmayan iki oyun gözləyir.  Amma nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki