Fariz Yusifovu yenə birinci dəstəyə göndərdilər

Fariz Yusifovu yenə birinci dəstəyə göndərdilər
XƏBƏR 25 Mart 2010 / 17:13 2167
-  A +

FİFA referisi Fariz Yusifov yenidən I Divizion komandalarının oyununa təyinat alıb. Qol.Az-ın məlumatına görə, F.Yusifov martın 27-də keçiriləcək “Bakılı” - “Energetik” oyununu idarə edəcək.
Xatırladaq ki, ikinci dövrənin «Standard» - «Bakı» oyununda buraxdığı səhvlərdən sonra F.Yusifov Premyer Liqanın oyunlarına nadir hallarda təyinat alırdı. Lakin ötən həftə «İnter»lə «Xəzər Lənkəran» arasındakı prinsipial oyun məhz Yusifova tapşırılmışdı. Həmin oyunda FİFA referisinin «Xəzər Lənkəran»ın qapısına təyin etdiyi penalti bu komandada böyük narazılığa səbəb olmuşdu. Baş məşqçi Ağasəlim Mircavadov isə həmin penaltiyə şübhə ilə yanaşdığını və ümumiyyətlə, F.Yusifovun bu cür matçın səviyyəsinə uyğun hakim olmadığını bildirmişdi.   
 

Daha çox


Son xəbərlər