“Təhqiri dayandırın!” - "Şerif"dən azərbaycanlı azarkeşlərə

“Təhqiri dayandırın!” - "Şerif"dən azərbaycanlı azarkeşlərə
GÜNDƏM 21 İyul 2017 / 13:29 9787
-  A +

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif” bəzi azərbaycanlı azarkeşlərə müraciət edib.

Qol.az-ın xəbərinə görə, Moldova klubu Feysbuk istifadəçisi olan “Qarabağ”ın fanatlarını onları təhqir etməməyə çağırıb.

“Hörmətli azərbaycanlı dostlar.

Sizdən çox xahiş edirik, təhqirlərə son qoyun və klubumuza qarşı hücumları dayandırın. Nəzərə alın ki, bura “Şerif”in rəsmi səhifəsidir. Buna görə də bənzər şərhlər dərhal silinəcək. Anlayışınıza görə təşəkkür” – deyə “Şerif”in rəsmi Feysbuk səhifəsi xəbərdarlıq edib.

Xatlrladaq ki, bir qrup azərbaycanlı azarkeş klublarımızın avrokuboklarda rəqibləri bəlli olduqdan sonra qarşı tərəfin sosial şəbəkələrindəki səhifələrində həmin komanda barədə təhqiramiz şərhlər yazırlar.


Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı