"Qəbələ" haqda heç nə bilmirəm" - "Panatinaikos"un futbolçusu

"Qəbələ" haqda heç nə bilmirəm" - "Panatinaikos"un futbolçusu
XƏBƏR 21 İyul 2017 / 12:16 5894
-  A +

“AZ Alkmaar” kimi güclü rəqibə qarşı yaxşı oyun oldu.  Bizim üçün Avroliqada yeni mövsüm başlayır. Rəsmi görüşlər fərqlidir. Gələn həftə keçiriləcək Avroliqa oyununa qədər yüz faiz hazır olmalıyıq".

Qol.az-ın  Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi "Panatinaikos"un futbolçusu Omri Altman "AL Alkmaar"a (Hollandiya) 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.

O, “Qəbələ” haqda heç nə bilmədiyini vurğulayıb: "Əgər üçüncü təsnifat mərhələsindədirsə, deməli, yaxşı komandadır”.

Qeyd edək ki, “Qəbələ”nin “Panatinaikos”la ilk matçı iyulun 27-də Afinada, cavab görüşü isə avqustun 3-ü Bakıda keçiriləcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı