İlqar Qurbanov: «Hələ də ayağım gipsdə evdə uzanmışam»

İlqar Qurbanov: «Hələ də ayağım gipsdə evdə uzanmışam»
XƏBƏR 25 Mart 2010 / 16:41 2613
-  A +

«Olimpik-Şüvəlan»ın futbolçusu İlqar Qurbanov zədəsinin davam etdiyini və hələ futbol oynaya bilmədiyini söyləyib. Qol.Az-ın müxbiri ilə söhbətində İ.Qurbanov məşqlərin birində topa vurmaq istəyərkən ayağının süni örtüyə dəydiyini xatırladıb: «Bununla da barmağım əzəldi. Süni meydança belədir də. Futbolçunun bütün həyatını məhv edir. Əgər ot örtüyü olsaydı, topu vurarkən ayağım ota dəyərdi. Yəqin ki, ən qısa zamanda meydana dönərəm. Hələlik isə ayağım gipsdə evdə uzanmışam. Şənbə günü gipsi çıxaracaqlar. Bundan sonra müayinədən keçəcəyəm və nə zaman meydanlara qayıdacağım bəlli olacaq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın