"Qəbələ" və "Zirə" ölkəmizin xalını artırdı - yeni reytinq

"Qəbələ" və "Zirə" ölkəmizin xalını artırdı - yeni reytinq
ÖLKƏ FUTBOLU 21 İyul 2017 / 10:30 6777
-  A +

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, son reytinqdə Azərbaycan əvvəlki mövqeyini qoruyaraq 22-ci pillədə qərarlaşıb. Ölkəmiz buna xal hesabını artırmaq sayəsində nail olub. “Qəbələ” səfərdə Polşa “Yagelloniya”sına qalib gəlməklə Azərbaycanın hesabına 0.250 xal qazandırıb. Evdə Rumıniya “Astra”sı ilə qolsuz heç-heçə edən “Zirə”nin qazancı isə 0.125 olub. Lüksemburqda “Fola”ya uduzan (1:4) “İnter” isə reytinqə fayda verməyib.
 
Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız isə 17.000-a yüksəlib.

Azərbaycandan 1 pillə irəlidə - 20-ci yerdə olan Kiprin 17.425 xalı var.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı