"Cəfəng qollar buraxdıq" - Svanadze

"Cəfəng qollar buraxdıq" -  Svanadze
GÜNDƏM 21 İyul 2017 / 02:00 5522
-  A +

"Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı”.

Qol.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Fola” ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyunu belə şərh edib:
“Paradoksal haldır ki, burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldur, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdır".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın