"Bu, adi qələbə deyildi" - Qriqorçuk

"Bu, adi qələbə deyildi" -  Qriqorçuk
ÖLKƏ FUTBOLU 21 İyul 2017 / 01:10 7863
-  A +

“Qalib gəldiyimiz üçün çox sevinirik. Çünki bu, adi qələbə qazanıb, mərhələ keçmək deyil”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyunundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis komandadakı çətinliklərə baxmayaraq, mərhələni keçdikləri üçün futbolçularına təşəkkür edib: “İndiki çox çətin vəziyyətdə bunu bacardıq. Klubda deyil, komandadakı vəziyyəti nəzərdə tuturam. Çətinlik ondadır ki, komanda yenidir və onu qurmağa vaxtımız az olub. Futbolçularımla fəxr edir, onları sevirəm. Onlar belə çətin vəziyyətdə ciddi nəticə qazana bildilər. Bu qələbə bizim üçün çox vacib idi. İndi biz gündən-günə daha yaxşı olacağıq. Hər növbəti matçda bu komanda daha güclü olacaq. Biz bu gün ilk oyunla müqayisədə daha yaxşı idik. Komandada bundan da yaxşı oynamaq potensialı var.

Qriqorçuk növbəti mərhələdə qarşılaşacaqları “Panatinaikos” haqda da fikirlərini bildirib: “İndiki “Panatinaikos” haqda onu bilirik ki, bizimlə yenilənmiş komanda üz-üzə gələcək. İki il əvvəl qarşılaşdığımız heyətdən 2-3 futbolçu qalıb. Başa düşürük ki, bu komanda pis ola bilməz. Bu, Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir. Bizi iki ciddi qarşılaşma gözləyir. Bu matçlar çox maraqlı olacaq”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın