"Bizim üçün çətin oyun oldu" - "Astra"nın baş məşqçisi

"Bizim üçün çətin oyun oldu" - "Astra"nın baş məşqçisi
ÖLKƏ FUTBOLU 20 İyul 2017 / 23:30 2870
-  A +

"Astra"nın baş məşqçisi Eduard Yordanesku Avropa Liqasının ikinci təsnifat mərhələsində "Zirə" ilə cavab oyunundan (0:0) sonra mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm. Bizim üçün çətin oyun oldu. İlk hissədə meydanda yaxşı rəqib gördük və mən oyunçularımızı buna hazırlamışdım. Bundan sonra növbəti mərhələ haqda düşünməliyik. Növbəti mərhələyə keçdiyimiz üçün xoşbəxtəm. Komandamda bəzi problemlər var, onları aradan qaldırmağa çalışacağıq. 

- Futbolçularınız vaxt öldürürdü. Hətta meydana daxil olan həkiminiz də qaçmağa cəhd etmirdi. Bu, futbol prinsiplərinə nə dərəcədə uyğundur?

- Təbii ki, bütün bunlar fubolda baş verən hadisələrdir. Rumıniyada keçirilən oyunda da “Zirə” futbolçuları buna yol verirdilər. Əlbəttə, bu, bir strategiyadır. Rəqib səni sıxırsa, deməli, buna qarşı nəsə etməlisən.

- Hakim idarəçiliyindən razı qaldınız?

- Bəli, ədalətli oyun oldu. Hakimləri başa düşmək olar, onlara qarşı təzyiq olurdu. Bütün bunlara baxmayaraq, razı qaldım.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı