Sorğu bitdi: «Bakı»nı avropalı məşqçi çalışdırsın!

XƏBƏR 25 Mart 2010 / 16:04 1893
-  A +

Qol.Az saytı "Bakı"nın yeni baş məşqçisi kim olsun?» adlı sosioloji sorğunu başa çatdırıb. Sorğuya qatılanların böyük əksəriyyəti «Bakı» klubuna avropalı məşqçinin gətirilməsinə tərəfdar olublar. Ümumiyyətlə, sorğuda aşağıdakı nəticələr qeydə alınıb:

Avropalı məşqçi  - 109 səs (37.9%)
Coko Haciyevski   - 78 səs (27.1%)
Əsgər Abdullayev  - 38 səs (13.2%)
Türkiyəli məşqçi  - 24 səs (8.36%)
Başqa bir yerli məşqçi - 20 səs (6.96%)
Vaqif Sadıqov - 18 səs (6.27%)

Xatırladaq ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki