“Roma” hücumçu aldı

“Roma” hücumçu aldı
XƏBƏR 20 İyul 2017 / 18:03 3256
-  A +

"Roma” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Sassuolo”nun hücumçusu Qrequar Defler gələn mövsüm icarə əsasında paytaxt təmsilçisində çıxış edəcək. “Canavarlar” bu keçid üçün “Sassuolo”ya 5 milyon avro ödəyib.

Qeyd edək ki, 2015-ci ildən “Sassuolo”da çıxış edən fransalı futbolçu 62 oyuna 20 qol vurub.

Son xəbərlər