13:1 hesablı oyunda Eddi də qol vurdu

13:1 hesablı oyunda Eddi də qol vurdu
XƏBƏR 20 İyul 2017 / 14:15 6223
-  A +

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Kadiz” klubu  növbəti mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Sequnda təmsilçisi İspaniyanın aşağı liqa klublarından olan "Barbate” ilə qarşılaşıb. Görüş “Kadiz”in  13:1 hesablı qələbəsi ilə başa çatıb. 

Start heyətində meydana çıxan və fasilədə əvəzlənən İsrafilov komandasının 4-cü qolunun və 2 məhsuldar ötürmənin müəllifi olub.

Son xəbərlər