Millimiz Qazaxıstanla qarşılaşacaq

Millimiz Qazaxıstanla qarşılaşacaq
XƏBƏR 20 İyul 2017 / 13:56 2455
-  A +

Qadınlardan ibarət Azərbaycan milli komandası Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 26-da və 29-da keçiriləcək görüşlər “Dalğa Arena”da olacaq.
 
Hər iki oyun saat 19:00-da başlayacaq. Qarşılaşmalara hazırlıq məqsədilə bu gündən etibarən Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.
 
Toplanışda 24 futbolçu iştirak edir: Günay İsmayılova, Rövşanə Sərdarlı, Susən Mənsimzadə  (hamısı “Fidan”), Aytac Şərifova, Kristina Bakarandze (hər ikisi “Okjetpes “, Qazaxıstan), Nigar Abdulova, Kamilla Məmmədova, Vüsalə Hacıyeva, Roza Quliyeva, Həqiqət Qasımova (hamısı “Təhsil”), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova (hər ikisi “Sumqayıt”), Aysun Əliyeva (“Samsunspor”, Türkiyə), Manə Mollayeva (“Kubanochka”, Rusiya), Cəmilə Hüseynova (“Məşəl”), Firəngiz Teymurova, Bozdağ Peritan (hər ikisi “Konakbelediyyespor”, Türkiyə), Güləmbər Qasımova (“Qəbələ”), Sevinc Cəfərzadə (“Rossiyanka”, Rusiya), Natalya     Rodelgo (“Atletiko”, Madrid, İspaniya), Jalə Məhsimova (klubsuz), Merve Özdemir (“Ayntraxt”, Almaniya), Nigar Mirzəliyeva (“Mingəçevir”), Öznur Taş (“Antalyaspor”, Türkiyə).

 

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı