"Şerif"ə qarşı oyunun hazırlıqlarına başlanıldı

"Şerif"ə qarşı oyunun hazırlıqlarına başlanıldı
XƏBƏR 20 İyul 2017 / 09:42 2293
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia”nı mübarizədən kənarlaşdıran “Qarabağ" növbəti mərhələnin hazırlıqlarına başlayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi dünən bir məşqə çıxıb.
 
Baş məşqçi Qurban Qurbanov komandaya öz bazalarında məşq keçib. “Samtredia” ilə matçda meydanda olan futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçirib.
 
Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi Moldova çempionu “Şerif” olacaq.


Son xəbərlər