“Buffondan çox şey öyrənəcəyəm”

“Buffondan çox şey öyrənəcəyəm”
XƏBƏR 20 İyul 2017 / 01:45 2713
-  A +

Voyçex Sensnı “Yuventus”a keçidindən danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 27 yaşlı qolkiper bildirib ki, Buffonun əvəzləyicisi statusu onu qorxutmur:

“Yuventus”da olduğum üçün çox şadam. Bu günü 2-3 aydır gözləyirdim. Buffonla ünsiyyətimiz olub. O, əla insandır.

Düşünürəm ki, hər kəs Canluici kimi peşəkarla birgə məşq etməyi arzulayır. Onun əvəzləyicisi olmaq üzərimdə əlavə təzyiq yatarmır. Lazım olanda meydana çıxacağam.

Buffon əsl liderdir. Futbolda son yoxdur. Hər zaman inkişaf etməyə çalışmalısan. Məncə, Buffon kimi oyunçudan çox şey öyrənəcəyəm.

Hesab edirəm ki, yüksək səviyyədə oyun nümayiş etdirməyə qadirəm. Bunu “Roma”da keçirdiyim 2 möhtəşəm il ərzində sübut etmişəm”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki