"Avrokuboklarda təcrübə topladığıma görə sevinirəm” - Ndlovu

"Avrokuboklarda təcrübə topladığıma görə sevinirəm” -  Ndlovu
ÖLKƏ FUTBOLU 19 İyul 2017 / 16:55 4445
-  A +

“Çox şadam ki, belə möhtəşəm turnirdə çıxış edirəm. Çempionlar Liqası çətin turnirdir. Avropanın çempion komandaları ilə üz-üzə gəlirsən”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dino Ndlovu deyib.

Cənubi afrikalı hücumçu ölkəsinin Çempionlar Liqasındakı yeganə nümayəndəsidir. O, CAR mətbuatına açıqlamasında növbəti rəqiblərini gözlədiklərini bildirib:

“İlk oyunda qeydə alınan 5:0 hesablı qələbə mərhələ adlamaq şansını artırır. Bizdə də belə oldu. Bu gün 3-cü mərhələdki rəqibimiz müəyyənləşəcək. Artıq həmin rəqibimiz haqda düşünəcəyik. Avrokuboklarda təcübə topladığıma görə sevinirəm”.

Xatırladaq ki, 27 yaşlı forvard “Samtredia” ilə Bakıda keçirilən oyunda (5:0) dubl etmişdi.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı