Aqollinin yeni baş məşqçisi bəlli oldu

Aqollinin yeni baş məşqçisi bəlli oldu
XƏBƏR 19 İyul 2017 / 16:15 3695
-  A +

Albaniya millisinin yeni baş məşqçisi bəlli olub.

Qol.az-ın Albaniya Futbol Federasiyasının rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, yığmanı Kristian Panuççi çalışdıracaq.

İtaliyalı mütəxəssisin müqavilə müddəti haqda məlumat verilməyib. Panuççi bu vəzifədə həmyerlisi Canni de Byazini əvəzləyib.

Qeyd edək ki, 44 yaşlı Panuççi son olaraq İtaliyanın “Ternana” klubunu çalışdırıb.

Xatırladaq ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya millisinin üzvüdür.

Son xəbərlər