"Mançester Yunayted"i daha 15 il çalışdıra bilərəm" - Mourinyo

"Mançester Yunayted"i daha 15 il çalışdıra bilərəm" - Mourinyo
XƏBƏR 19 İyul 2017 / 12:09 2768
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə klubunda daha uzun müddət işləməyi düşünür.

Qol.az-ın məlumatına görə, bu barədə portuqaliyalı mütəxəssis "ESPN"ə açıqlamasında deyib:

"Daha 15 il "Mançester Yunayted"də işləməyə hazıram. Bəli, işim təzyiqə görə çətindir. İnsanlar qələbə tələb edirlər. Ancaq oyunlarda təkcə bir klub qalib gələ bilər. Bu, hər il daha da çətinləşir.  Mənim işim təkcə futboldan ibarət deyil. Mən hər zaman işləyirəm".

Qeyd edək ki, Mourinyo ötən mövsümdən "MY"ni çalışdırır.


Son xəbərlər