Xavi karyerasını başa vurur

Xavi karyerasını başa vurur
DÜNYA FUTBOLU 19 İyul 2017 / 10:54 3213
-  A +

"Barselona"nın sabiq yarımmüdafiəçisi, hazırda "Əl Sadd"da çıxış edən Xavi 2017/2018 mövsümünün sonu futbolçu karyerasını başa vuracağını açıqlayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 37 yaşlı oyunçu bildirib: "Futbolçu kimi mənim üçün son mövsüm olacaq. Amma futbol sahəsində qalacağam. Məşqçi olmağı düşünürəm. Buna görə də hazırlaşmalıyam".

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb. O, daha sonra "Əl Sadd"a keçib.


Son xəbərlər