"Bəxtimiz gətirmədi" - "Samtredia"nın kapitanı

"Bəxtimiz gətirmədi" - "Samtredia"nın kapitanı
GÜNDƏM 19 İyul 2017 / 09:50 4485
-  A +

"Təəssüf ki, bu gün məğlub olduq. İlk növbədə, azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik. Amma alınmadı.  Çoxlu qol imkanlarımız da oldu. Ola bilsin, bəxtimiz də gətirmədi".

Qol.az-ın Gürcüstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Samtredia"nın kapitanı Georgi Datunaişvili Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibəsində deyib.

32 yaşlı oyunçu  komandasının potensialının yüksək olduğunu bildirib: "Xatırlayıram, "Çixura"da çıxış etdiyim vaxt "Bursaspor"la oynamışdıq. Türkiyə təmsilçisi də "Qarabağ" kimi güclü komanda idi. Bizdən üstün oyun sərgiləməsinə baxmayaraq, qol vura bilmədilər. Penaltilər seriyasında isə "Çixura" daha dəqiq olaraq, mərhələ adladı. İndi biz də oxşar situasiya ilə qarşılaşmışdıq.  Erkən qol şanslarından və çoxsaylı imkanlardan yararlana bilmədik. Bununla belə, hesab edirəm ki, "Qarabağ" bizdən güclüdür və rəqibi mərhələ adlaması münasibətilə təbrik edirəm".

G.Datunaişvili onu da deyib ki, ilk matçda 0:5 hesablı məğlubiyyətdən sonea  futbolçularda özünəinamı itmişdi : İlk oyunda böyük hesabla uduzmasaydıq, bəlkə də, cavab qarşılaşması başqa cür olardı. Ümid edirəm ki, gələcəkdə çatışmazlıqları aradan qaldıracaq və daha uğurlu çıxış edəcəyik”.

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə əsasən (5:0, 1:0) növbəti mərhələyə yüksəlib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı