“Bu, ən çətin oyunlardan biri olacaq” - Qara Qarayev

“Bu, ən çətin oyunlardan biri olacaq” -  Qara Qarayev
ÖLKƏ FUTBOLU 19 İyul 2017 / 00:48 5418
-  A +

“Səfərdə bizi çətin oyunun gözlədiyini bilirdik. İlk oyundakı hesaba baxmayaraq, bu gün də qalib gəlmək, ölkəmizin reytinq xalını yüksəltmək istəyirdik”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın üzvü Qara Qarayev Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə “Samtredia” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Q. Qarayev qeyd edib ki, yenilgiyə baxmayaraq, “Samtredia”dan bəzi şeyləri öyrənib: “Onların aqresiyalarını, məğlub olmamaq istəklərini bəyəndim. Qələbə qazandığımız üçün bütün “Qarabağ”sevərləri, Azərbaycan futbolunun azarkeşlərini təbrik edirəm”.

“Qarabağ”ın yarımmüdafiəçisi bildirib ki, növbəti mərhələdə hər hansı arxayınçılıqdan söhbət gedə bilməz: “Öz adımdan deyə bilərəm ki, ən ciddi, diqqətli olmalı olduğumuz mərhələyə start veririk. Hər addım, hər məşq bizi növbəti uğurlara apara bilər. Üçüncü mərhələdə hər şeyə sıfırdan başlayacağıq. Bütün futbolçulara da tövsiyə edərəm ki, arxayınlaşmasınlar. Bəzilərinin “Şerif” və “Kukesi” haqda məlumatı az ola bilər. Amma düşünürəm ki, bu rəqiblərdən hansı ilə qarşılaşmağımızdan asılı olmayaraq, bu, ən çətin oyunlardan biri olacaq. Çünki hər kəs bizi rəqibdən üstün sayır”.

Qarayev “Qarabağ”ın ikinci hissənin startında müdafiədə boşluqlar buraxması fikri ilə razılaşıb: “Müdafiədə müəyyən qədər anlaşılmazlıq yarandı. Adam paylaşa bilmədik və nəticədə boşluqlar oldu. Buna normal yanaşıram. Çünki rəqib evdə oynayırdı. Qol vurmaq istəyirdi. Əsas odur ki, rəqib həmin fürsətlərdən yararlana bilmədilər”.

Daha çox


Son xəbərlər