“Heç kim mərhələni bizə hədiyyə etməyəcək” - Almeyda

“Heç kim mərhələni bizə hədiyyə etməyəcək” -   Almeyda
ÖLKƏ FUTBOLU 19 İyul 2017 / 00:31 6174
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Samtredia”ya qarşı keçirilən cavab görüşündən (1:0) sonra Qol.az-ın Gürcüstana ezam olunmuş müxbirinin də suallarını cavablandırıb.

Brazilyalı yarımmüdafiəçi ilk olaraq qələbəni şərh edib:


- Öncədən bilirdik ki, çətin oyun olacaq. Çünki ilk oyunda böyük hesablı qələbə qazanmışdıq və rəqibin cavab matçına daha istəkli çıxacağını gözləyirdik. Amma biz heç bir halda rəqibə olan hörmətimizi itirmədik. Sevinirik ki, burda da qələbə qazandıq. Komandamız həm texniki, həm də fiziki cəhətdən daha çox artırmalıdı. Düşünürəm ki, qarşıdakı oyunlar üçün istədiyimiz vəziyyətə çatarıq.

- Əvəzlənməyin nə ilə bağlı idi?

- Qasıq nayihəmdə problem var idi. İlk oyunda bir həftə əvvəl başlamışdım məşqlərə. Oyundan öncə də bu haqda danışmışdıq ki, neçənci dəqiqədə əvəzlənim. Hələ fiziki cəhətdən istədiyim kimi deyiləm. Çalışıram, əlavə məşqlər edirəm ki, hazır vəziyyətə gəlim.

- “Qarabağ”ın ötən illərlə müqayisədə rəqibləri daha asan düşür. Növbəti mərhələdə “Şerif” - “Kukesi” cütünün qalibi ilə qarşılaşacaqız. Bu haqda nə deyə bilərsiz?

- Futbolda bəxt anlayışını bir o qədər də qəbul etmirəm. Heç kim bizə mərhələni hədiyyə etməyəcək. İstənilən rəqibə qarşı oynayıb, mərhələ adlamalıyıq.

- Reynaldo ilə birgə oynamaq üçün darıxmırsan?

- Təbii ki, darıxıram. Qardaş kimi mənə yaxındır. Amma artıq 6-cı ildir ki, “Qarabağ”dayam və burda xoşbəxtəm. O, öz yolunu seçdi, mən isə “Qarabağ”dayam. Onu komandamızda əvəz edən futbolçular var. Donald Gerye, Əfran İsmayılov kimi futbolçularımız onun boşluğunu doldurur. Darıxıram onun üçün. Reynaldonun yeri görünür. Amma onun əvəz edənlər var.

Daha çox


Son xəbərlər