“Rəqibi zəif görməyin bizə xeyri yoxdur” - Əmrah Çəlikəl

“Rəqibi zəif görməyin bizə xeyri yoxdur” -  Əmrah Çəlikəl
ÖLKƏ FUTBOLU 18 İyul 2017 / 23:28 3885
-  A +

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Tiflisdə  Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Samtredia”ya qarşı keçirilən cavab görüşündən (1:0) sonra azərbaycanlı jurnalistlər üçün brifinq keçirib.

Qol.az xəbər verir ki, Ə. Çəlikəl ilk öncə komandasının 1:0 hesablı qələbəsini şərh edib:


- Gözəl oyun alındı. 1:0 hesablı qələbə qazandıq. Yüksək əhval-ruhiyyə ilə artıq növbəti mərhələyə hazırlaşacağıq. Sabah rəqibimizin adı məlum olacaq.

- Növbəti rəqibin “Şerif” olmasını istərdiniz, yoxsa “Kukesi”?

- Rəqibin fərqi yoxdur. Düzdür, hamı 1:0-lıq üstünlüyünə görə “Şerif”i gözləyir . Amma indidən dəqiq nəsə demək olmaz. Qarşıda hələ daha bir 90 dəqiqə var.

- Püşkün bu dəfə “Qarabağ”ın üzünə güldüyünü söyləmək olar?

- Yox, bu fikirlə razı deyiləm. Çempionlar Liqasında zəif rəqib yoxdur. Çünki turnirdə hər ölkənin çempionu mübarizə aparır. Komanda çempion olubsa, müəyyən gücə sahibdir. Hansısa rəqibi zəif görməyin bizə xeyri yoxdur. Mətbuatdan da bu məsələdə dəstək gözləyirəm. Rəqibə zəif demək motivasiya itkisindən başqa bir şey deyil.

- Amma “Zalsburq”, “Seltik”lə müqayisədə həm “Şerif”, həm də “Kukesi” “Qarabağ”ın dişinə görə rəqibdir...

- Bu ancaq bizi sevindirə bilər. Lakin “Şerif”, yaxud “Kukesi” rəqib olsa belə, bu, 100 faiz mərhələni keçəcəyik demək deyil.

- “Qarabağ”ın Nikaraqua millisinin kapitanı Xuan Barreranı transfer etmək istəyi ilə bağlı xəbər nə dərəcədə realdır?

- Hazırda təzə danışıq apardığımız futbolçu yoxdur. Nikaraqualı futbolçu isə maraq dairəmizdə deyil.

- Yeni transferləriniz bu gün start heyətində yer almışdılar. Onların çıxışından razı qaldınız?

- Bu məsələdə əsas söz Qurban müəllimdədir. Məncə, o da razı qalar.

- Yeni futbolçu ilə danışmadığınızı dediniz, bəs köhnələrdən bir irəliləyiş varmı?

- Onlar davam edir. Nəticələnməmiş nəsə demək düzgün olmaz.
 
- Rəşad Sadıqovun yeri çoxmu görünür meydanda?

- Mənim bir futbol azarkeşi kimi onu həmişə gözüm axtarır meydanda.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord