“Qarabağ” kimi güclü komandaya qarşı oynamağa hazır deyilik" - Tsedzadze

“Qarabağ” kimi güclü komandaya qarşı oynamağa hazır deyilik" -  Tsedzadze
ÖLKƏ FUTBOLU 18 İyul 2017 / 23:17 7222
-  A +

“Fikir bildirmək istəmirəm. Bizim üçün çox çətin matç oldu. Oyunumuzdan razı qalmadım. Komandadan belə oyun gözləmirdim”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
 
- “Samtredia” “Qarabağ”a çatmaq üçün nə qədər məşq etməlidir?

- Bu, yalnız zamanla əlaqədar olan məsələ deyil.

- Son zamanlar Gürcüstan komandalarının böhran içində olduğu deyilir. Bu, nə ilə bağlıdır?

- Gürcüstan futboluna özümüz diqqət yetirəcəyik. Yəqin ki, vəziyyət düzələndən sonra siz də buna sevinəcəksiniz.
 
- Hər iki oyunda məğlub oldunuz. Sizcə, hansı səhvləri etmisiniz?

- Mən bu gün bizim klubun məğlubiyyətinə sevinən hər kəsi təbrik edirəm. Düşünürəm ki, səhvlərimiz var idi. Qol vurmamaq komanda üçün mənfi haldır. “Qarabağ” kimi güclü komandaya qarşı oynamağa hazır deyilik.

Daha çox


Son xəbərlər