“Qarabağ”ın oyunundan ləzzət alıram” - Əbülfəs Qarayev

“Qarabağ”ın oyunundan ləzzət alıram” - Əbülfəs Qarayev
ÖLKƏ FUTBOLU 18 İyul 2017 / 22:40 4263
-  A +

“Hazırda işlə bağlı Tiflisdə olmağımdan istifadə edib “Samtredia” - “Qarabağ” matçına gəldim. Bu oyundan kənarda qala bilməzdim. Çünki komandalar arasında Bakıda keçirilən ilk oyunda da stadionda idim. 5:0 hesablı qələbədən sonra sevincimizin həddi-hüdudu yox idi”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Hazırda Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” Boris Payçadze adına “Dinamo Arena”da “Samtredia”nın qonağıdır.

Görüşü canlı izləyən Ə.Qarayev çempionumuzun oyunundan razılıq edib: “Qarabağ kifayət qədər yüksək səviyyəli oyun nümayiş etdirir. Komandamızın oyununda ləzzət alıram. Yaxşı kombinaysiyalar qurulur. “Qarabağ”da oyun planında hər şey qaydasındadır. İnanıram ki, ilk dəfə Çempionlar Liqasının qrupuna düşə biləcəyik. Bu, müasir Azərbaycan tarixində gözəl səhifə olardı”.

Nazir ölkədə futbolun inkişafına dövlət qayğısının olduğunu vurğulayıb: “Futbol hamımızın sevimli oyunudur. Azərbaycanda bu idman növünün inkişafı ilə bağlı dövlət, federasiya, SOCAR tərəfindən lazımi işlər görülür. İstərdim ki, getdikcə azərbaycanlı futbolçuların adı meydanda daha çox hallansın”.

Əbülfəs Qarayev azarkeşlik etdiyi yığmanın adını da açıqlayıb: “Alman futboluna üstünlük verirəm. Bu komanda dünyada ən güclülərdən biridir”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı