“Tiflisdə “Qarabağ”ı 700-dək azarkeş dəstəkləyəcək” - klubdan açıqlama

“Tiflisdə “Qarabağ”ı 700-dək azarkeş dəstəkləyəcək” - klubdan açıqlama
ÖLKƏ FUTBOLU 18 İyul 2017 / 12:42 3203
-  A +

Çempionlar Liqasının bu gün Tiflisdə keçiriləcək ikinci təsnifat mərhələsinin “Samtredia” – “Qarabağ” oyununda Ağdam komandası dəstəksiz qalmayacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a bildirib ki, ümumilikdə 700-dək azarkeşin “Qarabağ”a dəstək olacağı gözlənilir:

“Azərbaycandan 3, Bolnisidən isə 1 böyük avtobus azarkeş qrupu Tiflisə gəlib. Ümumilikdə 350-400 nəfər fan-sektorda komandamızı dəstəkləyəcək. Görünən budur ki, fərdi qaydada isə 300-dək “Qarabağ”sevər bu gün stadionda komandamızın yanında olacaq”.

Xatırladaq ki, “Samtredia” – “Qarabağ” matçı bu gün saat 21.00-da başlanacaq. Bu komandaların ilk görüşündə Qurban Qurbanovun komandası 5:0 hesabı ilə qələbə qazanıb.

Daha çox


Son xəbərlər