Sxadadzedən növbəti tərbiyəsiz jest – Video

Sxadadzedən növbəti tərbiyəsiz jest – Video
VİDEO 18 İyul 2017 / 12:25 6714
-  A +

Bakı “İnter”inin sabiq baş məşqçisi, hazırda Qazaxıstan "Kayrat" komandasını çalışdıran Kaxaber Sxadadze qeyri-etik jest edib.

Qol.az-ın məlumatına görə, hadisə ölkə çempionatının XIX turunda "Akjayık"la səfər oyunu zamanı baş verib.

87-ci dəqiqədə "Kayrat"ın qapıçısı Stas Pokatilov Yuri Pertsuxanın penalti zərbəsini dəf edib. Gürcüstanlı mütəxəssis bu zaman üzünü meydan sahiblərinin azarkeşlərinə çevirərək, xoşagəlməz hərəkətə yol verib.

Qeyd edək ki, Kaxaber Sxadadze "İnter"də çalışdığı vaxt da analoji davranış sərgiləyib. Hətta onun "Xəzər Lənkəran"la görüşdə qeyri-etik jesti rəqib komandanın baş məşqçisi Yunis Hüseynovun kəskin reaksiyasına və tərəflər arasında mübahisəyə səbəb olub.



Son xəbərlər