"Qəbələ" də mərhələ keçməyə iddialıdır" - kapitan

"Qəbələ" də mərhələ keçməyə iddialıdır" - kapitan
ÖLKƏ FUTBOLU 18 İyul 2017 / 10:51 3373
-  A +

“Zədələnməyim fiziki hazırlığıma mane olsa da, zehni sakitlik tapmağa kömək etdi. Bu səbəbdən “Qəbələ” ilə Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununu da buraxmalı oldum. Artıq problemləri arxada qoymuşam. Cavab görüşündə meydana çıxıb-çıxmayacağımı bilmirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri "Yagelloniya"nın kapitanı Rafal Qrzub Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi poranny.pl-ə deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, onları "Qəbələ" ilə çətin matç gözləyir: "Növbəti mərhələdəki potensial rəqibimiz “Panatinaikos” bir neçə il əvvəlki gücdə deyil. Yunanıstan klublarının problemlərini biliri. Amma buna baxmayaraq, “Panatinaikos” yenə də güclü rəqibdir. Biz isə bunadək “Qəbələ”ni də keçməliyik. İlk görüşdə yaxşı nəticə əldə etmişdik. Lakin rəqib də mərhələ keçməyə iddialıdır. Bizi  ağır cavab oyunu gözləyir. İlk növbədə qol buraxmamalı və sonra nə isə etməyə çalışmalıyıq. Avrokuboklarda heç də həmişə iştirak etmirik və bu üzdən hər matçımıza önəm verməliyik”.
 
Qeyd edək ki, “Yagelloniya” - "Qəbələ" görüşü iyulun 20-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı