UEFA "Beşiktaş"ın şikayətini təmin etmədi

UEFA "Beşiktaş"ın şikayətini təmin etmədi
DÜNYA FUTBOLU 17 İyul 2017 / 18:31 3485
-  A +

UEFA-nın Apelyasiya Komitəsi Türkiyənin “Beşiktaş” klubunun şikayətinə baxıb.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi quruma Avropa Liqasının ötən mövsümündə “Lion”la 1/4 final oyunundan sonra cəzalandırılmasından narazılıq bildirib. Lakin Apelyasiya Komitəsi “Beşiktaş”ın şikayətini təmin etməyib. 

Qeyd edək ki, aprelin 13-də keçirilən oyundan öncə azarkeşlərin meydana kənar əşyalar, o cümlədən fişənglər atmasına görə  UEFA Türkiyə klubunu 100 min avro cərimələyib və “ağ-qaralar” 2 illik sınaq müddəti ilə avrokuboklardan 1 illik şərti kənarlaşdırıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı