"Neftçi"nin sabiq futbolçusu İran klubunda

"Neftçi"nin sabiq futbolçusu İran klubunda
XƏBƏR 17 İyul 2017 / 18:01 4077
-  A +

"Neftçi"dən ayrılan braziliyalı futbolçu Jairo Rodriqes Filyonun yeni klubu məlum olub.

Qol.az-ın məlumatına görə, 24 yaşlı mərkəz müdafiəçisi karyerasını İran çempionatında çıxış edən "Sepahan"da davam etdirəcək.

İran mətbuatı Jaironun yeni klubunda 13 nömrəli forma ilə çıxış edəcəyini yazıb.

Qeyd edək ki, 2015-2017-ci illərdə “Neftçi”də oynayan “sambaçı” “ağ-qaralar”ın heyətində 33 oyun keçirib və 2 qol vurub.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"