Dieqo Kosta “Atletiko” formasında - Video

Dieqo Kosta “Atletiko” formasında  -  Video
VİDEO 17 İyul 2017 / 17:35 5600
-  A +

“Çelsi”nin yay təlim-məşq toplanışına çağırılmayan Dieqo Kosta sabiq komandası “Atletiko”nun forması ilə videosunu paylaşıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dostlarıyla keçirdiyi partini şəxsi “İnstagram” hesabından canlı yayımlayan 28 yaşlı hücumçu daha sonra “Ateltiko”nun formasını geyinərək rəqs edib.

D. Kosta canlı yayım zamanı “Çelsi”nin baş məşqçisi Antonio Konteyə də söz atıb: “Konteni mənə görə qucaqlayın”.

Qeyd edək ki, Kontenin komandada saxlamaq istəmədiyi ispanyalı hücumçunun “Atletiko”ya keçəcəyi iddia edilir.



Son xəbərlər