"Qəbələ"nin potensial rəqibindən transfer

"Qəbələ"nin potensial rəqibindən transfer
XƏBƏR 17 İyul 2017 / 14:25 2909
-  A +

“Qəbələ”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində potensial rəqibi olan “Panatinaikos” hücum xəttini gücləndirib.

Qol.az-ın Yunanıstan klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Atalanta”nın hücumçusu Brayan Kabezas gələn mövsüm Afina təmsilçisində icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, “Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda  1:1 hesablı heç-heçə etdiyi “Yagelloniya”nı mübarizədən kənarlaşdrısa, 3-cü mərhələdə “Panatinaikos”la qarşılaşacaq.

Son xəbərlər