"Çelsi" futbolçusu Marko van Qinqellə yeni müqavilə imzalayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyununa qədər uzadılıb. "Çelsi" müqavilə imzaladıqdan sonra van Qinkeli yenidən PSV-yə icarəyə verib.
Qeyd edək ki, van Qinkel ötən mövsüm icarə əsasında PSV-də oynayıb.