"Kəpəz"də üç legioner

"Kəpəz"də üç legioner
XƏBƏR 17 İyul 2017 / 10:30 4279
-  A +

Türkiyədə hazırlıqlarını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Viktor,  Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.

1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandanın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib.


Son xəbərlər