“Qarabağ” təsdiqlədi: "Samtredia" ilə oyun canlı yayımda

“Qarabağ” təsdiqlədi: "Samtredia" ilə oyun canlı yayımda
XƏBƏR 16 İyul 2017 / 00:00 4944
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ" iyulun 18-də səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq.

Qol.az-ın Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Boris Paiçadze adına stadionunda keçiriləcək matç "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qarşılaşma saat 21:00-da start götürəcək.

Xatırladaq ki, tərəflər arasındakı ilk görüşdə “Qarabağ” 5:0 hesablı qələbə qazanıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı