Türkiyə futbolunda "zəlzələ"

Türkiyə futbolunda "zəlzələ"
DÜNYA FUTBOLU 24 Mart 2010 / 14:42 2715
-  A +

“Qalatasaray”ın əfsanəvi futbolçusu, UEFA kubokunun qalibi və dünya çempionatının bürünc mükafatçısı Arif Ərdəm həbs olunub. Qol.Az saytının məlumatına görə, hazırda Türkiyə Superliqasında çıxış edən “İstanbul Böyük Şəhər Bələdiyyəsi” komandasının baş məşqçisinin köməkçisi olan A.Ərdəm danışılmış və manipulyasiya edilmiş oyunlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

A.Ərdəmlə yanaşı, onun keçmiş komanda yoldaşı, “Qalatasaray”ın heyətində UEFA kubokunu qazanan, daha sonra “Fənərbağça”nın da heyətində çıxış edən Fateh Akyel, “İstanbul Böyük Şəhər Bələdiyyəsi”nin qapıçısı Kənan Hasaqiç, “Kayserispor”un futbolçuları Ümit Koçin və Bayram Durmuş, “Sivasspor”dan Ərman Kılıç, “Konyaspor”un qapıçısı Rəcəb Öztürk, ümumilikdə 15 nəfər şübhəli şəxs kimi saxlanılıb.

Qeyd edək ki, Avropada danışılmış və manipulyasiya edilmiş oyunlarla bağlı bir müddət əvvəl Almaniyanın Bohum şəhər prokurorluğunda istintaq başlanıb. Bohum prokurorluğunun Türkiyəyə yolladığı dosyelərdən sonra bu ölkədə də təhqiqata start verilib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi