“Bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır” – Qurban Qurbanov

“Bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır” – Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 14 İyul 2017 / 17:29 9074
-  A +

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. “Qarabağ” II mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qol.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-i keçiriləcək“Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

Xatırladaq ki, "Qarabağ" ilk oyunda evdə 5:0 hesabı ilə məğlub etdiyi gürcülərin iyulun 18-də Tiflisdə qonağı olacaq. 

Daha çox


Son xəbərlər