"Qarabağ" üçüncü mərhələni də asanlıqla keçəcək” - Yunis Hüseynov

"Qarabağ" üçüncü mərhələni də asanlıqla keçəcək” - Yunis Hüseynov
GÜNDƏM 14 İyul 2017 / 15:01 7994
-  A +

"Samtredia" əvvəlki komandadır. "Qəbələ" ilə oyundan sonra heç bir dəyişilklik olmayıb. "Qarabağ" bu komandanı asanlıqla keçəcək".

Bu sözləri Qol.az saytına açıqlamasında "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda 5:0 hesabı ilə qalib gəldiyi "Samtredia"nı keçsə, 3-cü mərhələdə "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Y.Hüseynov Ağdam təmsilçisinin növbəti rəqibini də asanlıqla keçəcəyini bildirib: "Növbəti rəqiblər də münasibdir. Məncə, "Qarabağ" hər iki oyunda asanlıqla qalib gəlib üçüncü mərhələni də keçəcək" - deyə o qeyd edib.

Y.Hüseynov "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasında uğurlu çıxış edib-etməyəcəyi haqda proqnoz verməyin çətin olduğunu vurğulayıb: "Qarabağ" yoldaşlıq oyunlarının hamısında uduzmuşdu. "Samtredia" da o qədər güclü rəqib olmadığı üçün deyə bilmərik ki, "Qarabağ" hansı formadadır. İlk rəqib güclü olsaydı, "Qarabağ"ın nəyə qadir olduğunu deyə bilərdik. Yeni oyunçuların da komandaya nə qədər uyğunlaşacağını söyləmək çətindir".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord