“Gördüklərim məni təəccübləndirdi” – “Qəbələ”nin yeni transferi

“Gördüklərim məni təəccübləndirdi” – “Qəbələ”nin yeni transferi
ÖLKƏ FUTBOLU 14 İyul 2017 / 12:20 7375
-  A +

“Qəbələ”nin oyuna tam hazır olmadığını əvvəlcədən bildirmişdim. Çünki komandada mən də daxil olmaqla yeni futbolçular çoxluq təşkil edir”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni transferi Endi Hallidey Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda “Yagelloniya” ilə oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
 
O, yeni gələn futbolçuların uyğunlaşması üçün zamana ehtiyac olduğunu söyləyib: "Yeni futbolçuların gəldiyi komandaya uyğunlaşması, bir-birini başa düşməsi üçün zamana ehtiyac olur. Avstriyadakı toplanış zamanı cəmi 10 gün bir yerdə məşq keçmişik və 3 yoxlama görüşü oynamışıq. Bu amili nəzərə alaraq, matçın çətin keçəcəyini bilirdik".
 
Şotlandiyalı yarımmüdafiəçi ilk hissəyə nisbətən, ikinci hissədə daha yaxşı oynadıqlarını bildirib:  "İlk dəqiqələrdən üstünlük rəqibdə idi. Bu, 30-cu dəqiqəyə qədər belə davam etdi. Rəqib bu üstünlükdən istidafə edərək, qol vurmağı da bacardı. Amma ikinci hissədə üstünlüyü ələ aldıq. Rəqib ikinci hissədə yalnız əks-hücumlara bel bağlayırdı".
 
25 yaşlı yarımmüdafiəçi Polşa klubunun fiziki baxımından yaxşı təsir bağışladığını deyib:
 "Rəqib komandanın futbolçuların fiziki baxımdan bizdə üstün olmaları normaldı. Onlar toplanışın ilk günündən bir yerdə çalışırlar və uzun müddətdi bir yerdədirlər. Düşünürəm ki, bu amilə görə bizi üstələyirdilər".
 
E. Hallidey stadiondakı atmosferin möhtəşəm olduğunu söyləyib
: "Öz meydanımızda qeydə alınan nəticənin faciəvi olduğunu düşünmürəm. Düzdür, cavab matçında işimiz  çətin olacaq, mütləq qol vurmalıyıq. Stadiondakı atmosferə gəlincə, sadəcə, möhtəşəm idi. Gördüklərim məni yaxşı mənada təəccübləndirdi".

Daha çox


Son xəbərlər