"Qəbələ" səddini keçmək üçün..." - Marian Klemen

 "Qəbələ" səddini keçmək üçün..." - Marian Klemen
GÜNDƏM 14 İyul 2017 / 11:50 4998
-  A +

"Birinci dəqiqədən sona kimi meydanda gərgin mübarizə gedirdi. Birinci hissədə ağıllı oynadıq və bir qol vurduq. İkinci hissə isə rəqib üçün daha yaxşı keçdi. "Qəbələ"nin güclü hücumçuları var. Növbəti mərhələyə yüksəkmək istəyiriksə, ev oyununa yaxşı hazırlaşmalıyıq. "Qəbələ" səddini keçmək üçün bacardığımız hər şeyi edəcəyik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Yagelloniya"nın qapıçısı Marian Kelemen Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə ilk oyundan (1:1) sonra klubun saytına deyib.
 
"Matç başqa hesabla bitə bilirdi. Hər iki komandanın qol vəziyyətləri var idi. Oyun yüksək səviyyədə keçdi.  Hər iki tərəf yüksək tempdə oynayırdı" - deyə o bildirib.

M.Klemen "Qəbələ" ilə cavab görüşünün asan olmayacağını bildirib: "Cavab matçında azarkeş dəstəyinizə ehtiyacımız var. Ağıllı oynamalıyıq".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı