"Qəbələ"yə qarşı oynamaq asan deyil" - Taras Romançuk

"Qəbələ"yə qarşı oynamaq asan deyil" - Taras Romançuk
ÖLKƏ FUTBOLU 14 İyul 2017 / 10:16 3356
-  A +

"Çətin oyun olacağını bilirdik. Çünki yaxşı rəqiblə oynayırdıq. Ancaq buna baxmayaraq öz bacarığımızı göstərdik. Bu oyunçulara qarşı oynamaq asan deyil. İşimizin öhdəsindən gəldik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Yagelloniya"nın futbolçusu Taras Romançuk Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə ilk oyundan (1:1) sonra klubun saytına deyib.

"Bu cür isti hava şəraitində oyanamaq asan deyildi. Ancaq rəqib bu havaya öyrəşmişdi. Polşaya sakit qayıdırıq. Cavab görüşündə də rəqibə hörmət etməliyik" - deyə o bildirib.

Ukraynalı yarımmüdafiəçinin sözlərinə, "Qəbələ" ikinci hissənin əvvəlində bizi təəccübləndirmək istəyirdi: "Ancaq biz buna imkan verməməyə çalışdıq. Biz oyuna daha çox konsentrasiya olmalıyıq və fürsətlərdən istifadə etməliyik. Çünki Avropa Liqasında oynayırıq.  Növbəti oyunlarda iki qol fürsəti yaradıb fərqlənə də bilərik".

T.Romançuk deyib ki, birinci hissədə daha yaxşı oyun nümayiş etdiriblər.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı