Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qəbələ” - “Yagelloniya” matçının diktoru, tanınmış idman jurnalisti İlkin Fikrətoğlu ilə Bakıya gələn polşalı azarkeşlər arasında söz atışması olub.
Qol.az saytının müxbiri ilə söhbətində İ.Fikrətoğlu hadisənin Kiyev – Bakı təyyarə reysində baş verdiyini deyib:
“Dünən dostum və həmkarım Elnur Məmmədli ilə Kiyevdən Bakıya polyak fanatlarla eyni təyyarədə gəldik. 30-35 nəfər olardılar, səs-küyləri təyyarəni götürmüşdü. 3 saatlıq uçuş boyu bir dəqiqə də sakit dayanmadılar. Sərnişinlərin narazılığı, stüardessaların xəbərdarlığı belə onlara təsir etmədi. Aralarında rus dilini bilən bir neçə nəfər -Adam, Artur, Yakub və başqaları var idi. "Qəbələ" haqda yetərincə məlumat toplamışdılar. Yeni transferlər, son yoxlama oyunları, ardıcıl iki il qrupda oynamaları və sair. Rəqibin sıradan biri olmadığının fərqindədilər. Amma təbii ki, öz komandalarına inanıb o qədər yolu Polşadan Bakıya gəlirdilər. Onlara "Qarabağ"ın "Visla" və "Şlensk" üzərindəki qələbələrini xatırladıb qıcıqlandırmağa çalışdıq. Veclərinə də olmadı, hətta sevindilər ki, yaxşı edib "Visla"ya qalib gəlmisiz. Onları yalnız öz klubları - 40 illik tarixi ərzində hələ ki, çempion ola bilməyən "Yagelloniya" maraqlandırır. Polyak fanatlara dedim, sabahkı oyunun stadionda diktoru mənəm, siz burada təyyarədə bağırın, sabah isə mən və "Qəbələ"nin əsl fanatları sizin səsinizi stadionda batıracağıq. İnşallah, "Qəbələ" bizi peşman etməz..” – deyə İ.Fikrətoğlu bildirib.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir