Qvardiola Alvesi satqın sayır

Qvardiola Alvesi satqın sayır
DÜNYA FUTBOLU 13 İyul 2017 / 15:52 5419
-  A +

“Mançester Siti”nin rəhbərliyi Dani Alvesin PSJ-yə keçməsindən narazı qalıb.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu əvvəlcə ingilis klubuna keçməyə razılıq verib. Amma o, sonradan sözündən dönüb. Buna PSJ-nın 34 yaşlı müdafiəçiyə 2 dəfə artıq maaş təklif etməsi səbəb olub.

Dani Alvesin PSJ ilə 2 illik müqavilə imzaladığı dünən rəsmən açıqlanıb.

Qəzet yazıb ki, “Siti”nin baş məşqçisi Xosep Qvardiola vı klubun idman direktoru Çiki Beqiristayn Alvesin bu hərəkətini xəyanət kimi qiymətləndirib.

Qeyd edək ki, hər üç şəxs bir vaxtlar “Barselona”da birgə fəaliyyət göstəriblər.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord