“Özümü yox, komandamı təbrik edirəm” - “Qarabağ”ın yeni transferi

“Özümü yox, komandamı təbrik edirəm” -  “Qarabağ”ın yeni transferi
MÜSAHİBƏ 12 İyul 2017 / 00:45 7960
-  A +

“Qarabağ”ın yeni transferi Donald Gerryer Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.


- Bu gün öz oyununu necə dəyərləndirirsən? Özünü təbrik edə bilərsən, yoxsa oyununda çatışmayan cəhətlər var idi?


- Təbii ki, özümü təbrik etmirəm. Biz bir komandayıq, kollektivimizi təbrik edirəm. İlk oyunda belə hesab qeydə alınsa da, arxayınlaşmırıq. Cavab oyununa da ciddi hazırlaşacağıq.
 
- Debüt matçın idi. Stadionun atmosferi və azarkeşlər haqda düşüncələrin necədir?

- “Visla” və “Alanyaspor”da da oynayandatəxminən belə atmosfer vardı. Azarkeşlərə təşəkkür edirəm. Onlarsız futbol oynaya bilmərik. Növbəti oyunlarda da bizi dəstəkləsinlər.
 
- Bu gün qol vuracağına inanırdın?

- Dünən baş məşqçimiz Qurban Qurbanovla bu haqda söhbətimiz oldu. Öncəki komandalarımda da ilk oyunumda qol vura bilmişəm. Ancaq mən hələ tam hazır deyiləm. Öz üzərimdə çox işləməliyəm. Düşünürəm ki, ardı gələcək.
 
- “Qarabağ”dan təklif gələndə nə düşündün?

- Menecerim “Qarabağ”ın məni istədiyini deyəndə, bu dəvətə görə çox şad oldum. Dərhal komanda ilə maraqlandım, oyununa baxdım. Düşündüm ki, bu komanda mənim üçün mükəmməldir. Topla oynamağı mən də sevirəm. Məşqlərdə də topla çalışmalara üstünlük veririk.
 
- Bura gəlməyində “Zirə”də çıxış edən milli komanda yoldaşın Kervan Belforun rolu oldu?

- Fərqi yoxdur. Belfor burda olmasaydı da, seçimi dəyərləndirəcəkdim. Dənizin dibinə düşsəm, balıqlarla dil tapa bilərəm. Mənim beynimdə ancaq futbol oynamaqdır.
 
- “Qarabağ” bir neçə ildir ÇL-nin qrupuna düşməyi hədəfləyir. Bu, nə dərəcədə realdır?

- Əlbəttə, mümkündür. Heyətdə çox səviyyəli oyunçular var. Ancaq hədəfə çatmaq üçün əziyyət çəkməlisən. Düşünürəm ki, keyfiyyətli oyunçular və məşqçi ilə bu işi gerçəkləşdirmək olar.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər