"Real" - "Barselona" oyununa biletin qiyməti - 10 min dollar!

"Real" - "Barselona" oyununa biletin qiyməti - 10 min dollar!
DÜNYA FUTBOLU 10 İyul 2017 / 12:33 7252
-  A +

İyulun 29-u Mayamidə "Real" və "Barselona" arasında yoldaşlıq görüşü keçiriləcək.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, Beynəlxalq Çempionlar kuboku turniri çərçivəsində keçiriləcək görüş üçün bütün biletlər mart ayında 20 dəqiqə ərzində satılıb.

Ancaq “qara bazar”da da satılan biletlərin qiyməti 283 dollardan başlayır. Ən bahalı biletin qiyməti isə 10 min dollardır.

Qeyd edək ki, "Barselona" və "Real" tarixində ikinci dəfə İspaniya xaricində üz-üzə gələcəklər. Bu komandalar arasında ölkə xaricində ilk oyun 1982-ci ilin mayında Venesuelada keçirilib. Həmin görüşdə "Kral klubu" 1:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord