İngiltərənin ən bahalı futbolçusu oldu

İngiltərənin ən bahalı futbolçusu oldu
DÜNYA FUTBOLU 9 İyul 2017 / 12:56 5135
-  A +

“Everton”dan Romelu Lukakunu alan “Mançester Yunayted” İngiltərə transfer rekordu qırıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Belçika millisinin 24 yaşlı hücumçusunun bu transferi “qırmızı şeytan”lara 75 milyon funt-sterlinqə (təqribən 85 milyon avro) başa gəlib. Bununla da Lukaku İngiltərə Premyer Liqası tarixinin ən bahalı oyunçusu olub.

Beləliklə, bundan sonra dünyanın ən bahalı oyunçusu (Pol Poqba, 105 milyon avro) ilə İngiltərə Premyer Liqasının ən bahalı futbolçusu (Ramelu Lukaku) eyni komandada çıxış edəcək.


İngiltərə Premyer Liqasının 10 ən bahalı oyunçusu isə bunlardır:

1.  Romelu Lukaku, 75 milyon funt

2.  Rahim Sterlinq, 53 milyon

3.  Fernando Torres, 49 milyon

4.  Con Stouns, 47 milyon

5. Kristian Benteke, 39 milyon

6.  Rio Ferdinand, 39 milyon

7.  Xuan Mata, 38 milyon

8.  Sadio Mane, 35 milyon

9.  Endi Kerroll,  34 milyon

10. Dimitar Berbatov, 32 milyon


Son xəbərlər